İsveç PKK terrorçularını Türkiyəyə təhvil verməyə başladı – Ərdoğanın şərti yerinə yetirilir
Cia.az xəbər verir ki, yerli “Aftonbladet” nəşrinin yazdığına görə, İsveçin Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiya edilməsi barəsində qərar qəbul edib. Məhkəmənin ardından İsveç hökuməti qərarı təsdiqləməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişinin taleyindən gedir. Həbs Türkiyənin Adana Prokurorluğunun tələbi ilə həyata keçirilmişdi.
Nəşr İsveçin Ali Məhkəməsinin bu qərarı, NATO-nun 11-12 iyul tarixlərində Vilnüs şəhərində keçiriləcək sammiti ərəfəsində verildiyini də qeyd edib.
Bəlli olduğu kimi, İsveçin NATO-ya daxil olmaq üçün müraciətinə Türkiyə hələ müsbət rəy verməyib. Bunun səbəbi olaraq ölkənin PKK terror təşkilatını dəstəklədiyi göstərilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.