banner
banner

Dünya

Belçikalılar ayağa qalxdı

Belçikalılar ayağa qalxdı

Brüsseldə ötən gün son onilliklərin ən irimiqyaslı etiraz yürüşü keçirilib. Meydanlara çıxan 120 min insan yeni hökumətin azad bazar və qənaət islahatlarına qarşı etirazını bildirib. Onlar xüsusən pensiyaya çıxış yaşının artırılmasını, pensiyaların və sosial təminatların azaldılmasını, həmçinin vergi sistemində ədalətsiz islahatların aparılmasının Belçikanın rifah dövləti siyasətinə xələl gətirdiyini deyiblər.

ANS PRESS-in məlumatına görə, Brüsselin əsas küçələrindən keçən və üç saatdan çox davam edən etiraz yürüşü nisbətən sakit keçsə də, nəticədə Antverpen liman işçiləri və bir qrup üzü örtülü şəxslər iğtişaşlar törədib. Maşınların və mağazaların şüşələrini sındıran nümayişçilər, daha sonra bir-neçə maşını yandırıb, yol nişanlarını və səki daşlarını sındıraraq polis cərgələrinə atıblar. Polis cavab olaraq gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Qarşıdurma nəticəsində 40-dan çox şəxsin xəsarət alıb, onlardan 4-nün xəstəxanaya yerləşdirildiyi bildirilib. Polis tərəfindən 24 nəfər saxlanılıb. Yürüş təşkilatçıları iğtişaş törədənləri qınayıblar.

Brüssel meri Antverpen şəhəri və limanına etiraz notası göndərəcəyini və limanın işçiləri ilə narazılığı aradan qaldıracağını deyib.

Ümumiyyətlə, təşkilatçıların təyin etdiyi 100 minlik həddi aşan yürüş bir ay davam edəcək etiraz aksiyalarına start verib. Dekabrın 15-də daha genişmiqyaslı ümummilli tətil baş tutacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.