Təhdiddən sonra Rusiya səfiri Moldova XİN-ə çağrılıb
Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağrılıb.
Buna səbəb Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş valisi Vladimir Saldonun Ukrayna Silahlı Qüvvələrinin Krımdakı Çonqar körpüsünü atəşə tutması ilə bağlı açıqlamasında söylədikləri olub. Saldo bu zərbəyə cavab olaraq Kiyevi Odessa vilayətindəki və Moldova dövlətinin ərazilərindəki körpüləri vurmaqla hədələyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.