Hindistandan Belarusla bağlı açıqlama: 2024-cü ildə...
Cia.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Hindistanın Xarici İşlər naziri Vinay Mohan Kvatra Belarus dövlətinin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması prosesinin 2024-cü ildə yekunlaşacağını bəyan edib.
Nazir təşkilatın sammitinin nəticələrinə həsr edilmiş brifinqdə deyib: “Belarusun birləşməsi prosesi 2024-cü ildə ŞƏT-in sammitində başa çatacaq”. Onun sözlərinə görə, ŞƏT üzvü olan dövlətlərin rəhbərləri bu gün Belarusun təşkilata birləşməsi öhdəlikləri memorandumunu rəsmən təsdiqləyiblər.
Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub. Hazırda Hindistan, İran (təşkilata 2023-cü il iyulun 4-də qəbul edilib), Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Pakistan, Tacikistan və Özbəkistan bu təşkilatın üzvüdürlər
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.