banner
banner

Şou

Elgizin taleyi bəlli oldu

Elgizin taleyi bəlli oldu

Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbərin hansı verilişdə efirə çıxacağı açıqlandı. 
"Adam içində" layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın "Sən tək deyilsən" verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir. 
O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər "Günə baxan" layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq. Sevilən aparıcı həftə içi 5 gün, 2 saat yarım efirdə olacaq.
Hazırki aparıcı Kamran Həsənlinin gedişi ilə "Günə Baxan" layihəsində bəzi dəyişikliklər də gözlənilir. "Ola bilsin ki, "Mətbəx" rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil". 

Qeyd edək ki, ANS TV-nin "Günə baxan" layihəsi həftə içi hər gün saat 10.00-dan 13.00-dək birbaşa yayımlanır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.