banner
banner

Sağlamlıq

Bu şəxslərə CİDDİ XƏBƏRDARLIQ

Bu şəxslərə CİDDİ XƏBƏRDARLIQ

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib.

Cia.az "CNN Türk"ə istinadən xəbər verir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib.

Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi xəbərdarlıq edib:

"İstilik ilə tərləmə artacağı üçün əlavə maye itkisi baş verəcək. Bu müddət ərzində dərmanları yeniləməli və dərman dozalarını azaltmalıyıq. Qışda verdiyimiz müalicə ilə yayda etdiyimiz müalicə arasında fərqlər var. Qışda müayinəyə gələn pasiyentlərimiz yayda da gəlməlidir. Müayinəyə gəlməsələr, üstəlik, bədəndə maye çatışmazlığı yaransa, yorğunluq, ayağa qalxarkən başgicəllənmə və böyrək problemləri yarana bilər".

Musavst.com 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.