banner
banner

Sosİal

Hava kəskin dəyişəcək - Güclü külək, leysan, dolu...

Hava kəskin dəyişəcək -

Avqustun 3-ü səhərdən 5-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20 metr olacağı, bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.