Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi konstruksiya bütövlüyü pozulmaqla avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib.
Cia.az xəbər verir ki, bu barədə idarədən bildirilib.
Məlumata görə, aparılan müşahidələr göstərir ki, son vaxtlar istər paytaxtda, istərsə də respublikanın digər regionlarında konstruksiya bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən konstruksiyasında nəzərdə tutulmuş ön və arxa mühafizə qurğuları (bamper) yerində olmayan nəqliyyat vasitələri istismar olunur. Bu isə inzibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəzanın ağırlıq dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır:
“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin kinetik enerjini udma xüsusiyyətinə malik passiv təhlükəsizlik elementlərindən biri olan bamperlərin təmir, zövq və digər səbəblərdən yerində olmadan idarə edilməsi hallarına qarşı nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edir və yol hərəkəti zamanı nəqliyyat vasitələrində sözügedən nasazlıqların aşkar ediləcəyi təqdirdə onların sürücüləri barədə qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirlərinin görüləcəyini bildirir”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.