banner
banner

Dünya

Krım körpüsü necə partladılıb? - Ukrayna Təhlükəszilik Xidmətinin rəhbəri açıqladı

Krım körpüsü necə partladılıb? - Ukrayna Təhlükəszilik Xidmətinin rəhbəri açıqladı

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk bildirib ki, Kerç boğazı üzərindən keçən körpü ötən ilin oktyabrında 21 ton heksogenin köməyi ilə partladılıb.

Cia.az xəbər verir ki, Malyukun açıqlamasını Ukraynanın “Novoye Vremya” nəşri dərc edib.

SBU rəhbərinin sözlərinə görə, təhlükəsizlik xidməti partlayıcıları yapışqan mayenin içində gizlədib. Malyuk bildirib ki, ukraynalılar körpüdəki GPS skanerləri və tıxaclardan yan keçə bilib və 2022-ci il oktyabrın 8-də səhər saatlarında partlayış törədiblər.

İyulun 17-də körpüyə hücum suüstü pilotsuz kater vasitəsilə həyata keçirilib. Malyuk, belə bir dronun daşıya biləcəyi partlayıcı maddələrin miqdarını yeddi min kiloqrama çatdıra bildiklərini söyləyib.

"Xüsusi əməliyyatın hazırlanmasında şəxsən mən və iki etibarlı əməkdaşım iştirak etmişik", - deyə SBU rəhbəri əməliyyatın bəzi detallarını açıb.

İyulun 17-də hücum nəticəsində Rusiyanı ilhaq edilmiş yarımada ilə birləşdirən Krım körpüsünün avtomobil hissəsi sıradan çıxıb, iki nəfər həlak olub.

Kiyev dəfələrlə bəyan edib ki, o, bu körpünü legitim hərbi hədəf hesab edir. Çünki bu körpüdən Ukraynadakı Rusiya hərbçilərini təchiz etmək üçün istifadə olunur. Eyni zamanda, Ukrayna tərəfi hücumlardan qısa müddət sonra partlayışların təşkilində hər hansı əli olduğunu təkzib edib.

AzPolitika.info



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.