Efirdə aparıcıdan Tacirə Fədayə ilə bağlı qeyri-etik sual
Müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçınla aralarında yaşanan qalmaqaldan danışıb.
Axşam.az xəbər verir ki, "Xoş gəldim" verilişi ifaçının evində qonaq olub. Aparıcı Amil Xəlil efirdə ona "Fədayə Laçına aranızda ər-arvad münasibəti olub" sualını ünvanlayıb. Tacir isə "Olmayıb" cavabını verib.
Aparıcı isə "Axı özünüz əvvəl müsahibənizdə demişdiniz. Elə bildiyimiz münasibətdən söhbət gedir" deyərək, etiraz edib. İfaçı "Hər yaxın münasibət ər-arvad münasibəti demək deyil" reaksiyasını verib.
Həyat yoldaşının qısqanclığından danışan Tacir "Cavan vaxtları xanımım qısqanclıq edirdi. Həyat yoldaşım qısqancdır. Amma indi püxtələşib. Ailəmin başında olmuşam, onları üstdə tutmuşam. Dünya dağılsa, ailəmi atmaram. Həyat yoldaşım bibim nəvəsidir. Ailədə hüzur olmasa bərəkət də olmaz. " sözlərini əlavə edib.
Qeyd edək ki, Tacir bir dəfə müsahibəsində "6 il bir yerdə oxumuşuq, əlbəttə münasibətimiz olub" sözlərini söyləmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.