Əhaliyə sevindirici XƏBƏR - Maaşlar BU TARİXDƏ artacaq
“Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. Güman edirəm ki, ilin əvvəlində hökumət yenidən minimum əməkhaqqını artıra bilər. Nəticədə, ümumi orta aylıq əməkhaqlarının məbləği də yüksələcək”.
Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Müsahibimiz bildirdi ki, yeni ilin əvvəlində pensiyaçılara verilən təqaüdlər də artacaq:
“2024-cü ilin əvvəlində pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunması nəticəsində bütün pensiyaçıların pensiyası arta bilər. Azərbaycanda pensiyaların artımı əsasən orta aylıq əməkhaqqının il ərzində artım faizi əsasında hesablanır. Hazırda bu rəqəm 11.5 faiz arasında tərəddüd edir. Yəni, 11-12 faiz indeksasiya tətbiq ediləcək.
Pensiyaların artmasında qanunvericilik tələbi var. Amma minimum əmək haqqının artırılması üçün qanun tələbi yoxdur. Yəni mütləq şəkildə ilin əvvəlində əməkhaqlarını artırmaqla bağlı qərar verəcək deyə bir qayda yoxdur. Amma əvvəlki illərə baxanda güman etmək olur ki, hökumət minimum əməkhaqlarını da artıracaq”.
İnflyasiyaya uyğun olaraq artımların 15 faiz civarında ola biləcəyini proqnoz edən ekspert qeyd etdi ki, minimum əməkhaqqı da aşağıdan başlayaraq digər əməkhaqqlarına təsir edir.
“Xüsusən dövlət sektorunda işləyənlərin məvaciblərində dəyişiklik baş verir. Qərar verilərsə, özəl sektorda da minimum əmək haqqının artırılması ondan aşağı əmək haqqının təyin edilməməsinə səbəb olur”./ Metbuat.az
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.