Ulduzlar müxtəlif bürclər altında doğulmuş insanlara bir sıra unikal keyfiyyətlər bəxş edib. Astroloqların fikrincə, bürc dairəsinin bəzi nümayəndələri təmiz ürəkləri ilə seçilirlər.
Heç kimə qarşı pisliyi olmayan ən təmiz ürəkli 3 bürc haqqında məlumatı təqdim edirik.
1.Tərəzi
Pislik etməkdən uzaq olan bürclər siyahısında ilk yer təbii ki, tərəzi bürcünə aiddir. Ədalətli olmaları, sahib olduqlarını düşünmədən qarşı tərəfə təqdim edən səxavətli və xoş xasiyyətləri ilə seçilirlər. Bürclər rəng olsaydı, tərəzi saflığı və yaxşı ürəyi ilə ağ rəng olardı.
2.Balıqlar
İçə dönük və emosional xarakterləri ilə tanınan balıqlar əslində çox səxavətli və xeyirxahdırlar. Onlar qarşı tərəf üçün bütün fədakarlıqları etməyə hazırdırlar. Balıqlar qarşıdakı insana heç vaxt pislik arzulamır və həmişə yaxşı olmağa çalışırlar.
3.Qız
Qız bürcləri kənardan soyuq və qəddar görünə bilər. Nizamlı və vasvası davranışları ilə məşhur olan qız bürcləri insan münasibətlərində də eyni vasvasılıqla düşüncələrini idarə edir. Bu bürc altında doğulanlar qarşı tərəfə pislik diləməzlər.//Ölkə.az
Çin alimləri saç tökülməsinə və keçəlləşməyə qarşı mübarizədə mühüm yeniliyə imza atıblar. Onların hazırladığı xüsusi elektrik darağı laboratoriya siçanları üzərində aparılan təcrübələrdə cəmi 30 gün ərzində demək olar ki, bütün itirilmiş tüklərin yenidən çıxmasını təmin edib. Tədqiqatçılar yeni cihaz vasitəsilə keçəlləşməyə qarşı mübarizədə diqqətçəkən nəticə əldə ediblər.
Noyabr ayı bəzi bürclər üçün dəyişikliklər və yeni imkanlarla yadda qala bilər. Astroloji proqnozlara görə, Şir, Əqrəb, Tərəzi və Qoç bürclərinin nümayəndələrini karyera, münasibətlər və şəxsi inkişaf sahəsində yeniliklər gözləyə bilər.
Astroloqların proqnozlarına görə, bəzi bürclər qarşıdakı dövrdə uğurlu fürsətlərlə qarşılaşa, həm karyera, həm də şəxsi həyatlarında müsbət dəyişikliklər yaşaya bilərlər.
Evdə qatıq hazırlayanların ən böyük çətinliyi qatığın tez sulanması və ya soyuducuda bir neçə günə turşumasıdır. Mətbəx ustalarının illərdir sirr kimi saxladığı bu üsulla bərk, kəsdikdə dağılmayan və həftələrlə təravətini qoruyan qatıq əldə edə bilərsiniz.
Bəzi insanlar qarşısındakı şəxsin sözlərinə dərhal inanmaq əvəzinə, onun davranışlarına və danışdıqlarındakı detallara diqqət yetirirlər. Kiçik ziddiyyətləri, dəyişən fikirləri və səmimiyyətsiz görünən münasibətləri tez fərq edən bu insanlar astrologiyada da bəzi bürclərlə əlaqələndirilir. Bəs astrologiyaya görə, yalanı ən tez hiss etdiyi düşünülən 4 bürc hansılardır?
Astrologiyaya görə, bəzi bürclər münasibətlərdə yaşadıqları inciklikləri asanlıqla unutmur. Xüsusilə etibarın sarsılması və xəyanət onların insanlara münasibətini dəyişə bilər. Buğa, Xərçəng, Qız və Əqrəb bürcləri isə inciklikləri uzun müddət yadda saxlayan bürclər arasında göstərilir.
Payızın son ayı olan noyabr bəzi zodiak işarələri üçün gözlənilməz maliyyə imkanları və böyük gəlirlər vəd edir. Astrolojik proqnozlara əsasən, kosmik enerjilərin yer dəyişməsi xüsusilə 5 bürcün nümayəndələrinə böyük uğur və maddi firavanlıq gətirəcək.