banner
banner

Şou

"Məndə xərçəng aşkarlandı" - Diana Əhədpur

"Məndə xərçəng aşkarlandı" - Diana Əhədpur
Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Sausan Cəfərovanın yutub layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, Diana onda xərçəng aşkarlandığını açıqlayıb. O bildirib ki, 3 ay İstanbulda müalicə alıb:

"Bunu heç yerdə danışmamışam. Ancaq yaxınlarım bilirdi. Anam belə ən sonda öyrəndi. Gizlədə bilmədim. Məndə limfoma (limfa düyünlərinin şişi) aşkarlandı. İndi danışmağım mənim kimi olan hansısa bir qıza mənəvi dəstək ola bilər. Heç bir göstərici yox idi. İldə bir dəfə müayinədən keçirəm. Müyinə zamanı aşkarlandı. Uzun müddət İstanbulda yaşadım, şiş götürüldü, kimyaterapiya aldım. Öldürməyən şey səni daha güclü edir. Güclü insanam. Mən ona düşüncələrimlə qalib gəldim. Onu elə qarşıladım ki, sanki yüngül soyuqdəyməm var. Heç ürəyimə almadım. Yaxınlarım daha çox ağladı.

Həkimlər xərçəng olduğumu deyəndə gözümdən bir damcı yaş düşdü. Düşündüm ki, bu, məndə aşkarlandı, övladımda yox. Bilirdim ki, hər şey keçəcək. 3 ay İstanbulda qaldım, həftədə bir dəfə kimyaterapiyaya və radioşüaya gedirdim. Düşüncəmdən xəstəliyi tamam çıxartdım. Aprelin 30-da yenidən müayinələrin cavabı çıxdı. Xəstəlikdən əsər-əlamət qalmadığı deyildi. Həkimlər belə təəccüblənmişdi".

O, əlavə edib ki, xəstəliyi ərəfəsində tək qalıb:

"Valideynlərim, həyat yoldaşım buna etiraz etdi. Dedim ki, sizin üzülən sifətinizi görmək məni daha pis edəcək. Anlayışla qarşılamalarını və məni tək qoymalarını istədim. Hərdən rəfiqələrim yanıma gəlirdi. Amma çox vaxt tək olurdum. İstəmədim insanların mənə ağlayan, üzgün gözlə baxmasını görüm".

Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.