Hindistan Rusiya ilə 197 ədəd "Kamov" şirkətinə məxsus vertolyotun alınmasına dair raılıq əldə edib. Bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin bildirib. O, hələ ötən il Mi-17 və Ka-226T tipli vertolyotların istehsalı haqqında Hindistanla razılıq haqqında danışıb və deyib ki, bu ilin sonuna kimi 400-dək helikopterin buraxmaq planlaşdırılır. Onun sözlərinə görə, Hindistan məhz unikal xarakterinə görə "Kamov" vertolyotlarını seçib. "Kamov" Açıq Səhmdar Cəmiyyəti "Rusiyanın Vertolyotları" şirkətinin konstruktor bürosudur. Hazırda "Kamov" şirkəti Ka-62 markalı çoxməqsədli vertolyotun hazırlanması ilə məşğul olur. Layihə böyük Avropa şirkəti ilə sıx beynəlxalq kooperasiyada birləşir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.