banner
banner

Sosİal

Azərbaycanda pullu yollarla bağlı YENİ AÇIQLAMA

Azərbaycanda pullu yollarla bağlı YENİ AÇIQLAMA

 

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilmiş yeni hissəsinin ödənişli olması bölgənin turizm və yükdaşıma imkanlarının artırılmasına əhəmiyyətli təkan verəcək.Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli Tarif (Qiymət) Şurasının sözügedən yolla bağlı bu gün qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

"Bu gün dünyada ödənişli yollardan geniş istifadə olunur. Azərbaycanda həmin yol üçün müəyyən edilmiş tariflər region ölkələrinə nisbətən kifayət qədər optimaldır.

Yolun ödənişli olması onun saxlanması ilə bağlı dövlət büdcəsinin xərclərini azaldacaq. Qənaət ediləcək vəsaiti isə digər mühüm infrastruktur layihələrinə yönəltmək mümkün olacaq.

Yol boyu ətraf infrastrukturun yaradılması isə həm əhalinin məşğulluğunu artıracaq, həm də regionun turizm potensialının realizə edilməsinə imkan verəcək", - deyə o qeyd edib.

"Azərbaycanda xüsusilə son 20 ildə yol infrastrukturunun inkişafı istiqamətdə böyük işlər görülüb.

Respublikamızda 21 min kilometrə yaxın avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir olunub.

O cümlədən, Bakı şəhərində 2 000 km-dən çox, kəndlərarası isə 5 100 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub.

2003-cü illə müqayisədə birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 9 dəfə artaraq 1 025 kilometrə çatdırılıb.

Bu gün bu işlər xüsusilə işğaldan azad edilmiş ərazilərdə daha intensiv formada aparılır. Yeni yollar çəkilir, körpülər və tunellər tikilir.

Görülən işlər nəticə etibarı ilə ölkənin tranzit imkanlarını artırır və milli iqtisadiyyatın inkişafında təkanverici rol oynayır”, - deyə ekspert əlavə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.