banner
banner

Dünya

Məktəb avtobusu gülləbaran edildi

Məktəb avtobusu gülləbaran edildi

Amerikanın Florida ştatının Ceksonvil şəhərində naməlum şəxslər uşaqlarla dolu məktəb avtobusu gülləbaran edilib.
Bu barədə "The Florida Times-Union" qəzeti yazır.
Hadisə zamanı yaralanan uşaqlar da olub. Belə ki, 14 və 15 yaşlı qızlar yüngül xəsarət alıblar. Onların həyati təhlükəsi olmadığı bildirilir. 
Xəbər verilir ki, hücum baş verən zaman avtobus uşaqları evlərinə aparırmış və burda müxtəlif təhsil ocaqlarından 30 şagird olub. 
Polis iki nəfər şübhəlini axtarır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.