İsrail ordusu Qəzza zolağında quru əməliyyatı keçirib.
Cia.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Bildirilir ki, İsrail tankları və piyadaları Qəzza zolağının şimalında "terrorçuların yerini taparaq onlara hücum edib, bununla yanaşı, çox sayda texnika məhv edilib".
Mətbuat xidməti əməliyyatın qısa müddətə keçirildiyini və bunun növbəti mərhələlərə hazırlıq üçün baş tutduğunu açıqlayıb. Məlumata əsasən, əməliyyat sonrası bütün hərbi qulluqçular İsrail ərazisinə qayıdıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.