banner
banner

Sosİal

Bakıda bu ərazidə evlər söküləcək - FOTO

Bakıda bu ərazidə evlər söküləcək - FOTO

Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçələrinin əhatəsində yerləşən evlərin aqibəti bəlli olub.

Belə ki, qəzalı vəziyyətdə olan bu evlərin hamısı söküləcək.

Bu barədə "Xəzər Xəbər"ə ərazidə yaşayan sakinlər məlumat veriblər.

Ərazidəki evlərlə yanaşı, iaşə obyektləri də sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Artıq ev və obyekt sahibləri ilə danışıqlara başlanılıb.

Sakinlər bildirir ki, ərazidə tikinti işlərini həyata keçirəcək şirkət sakinlərlə evlərinin müqabilində ev və ya kvadratmetrə uyğun kompensasiya təklif edir.

Amma hələ ki, şirkətlə razılığa gəlməyənlər də var. Sakinlərin bildirdiyinə görə, ərazidəki evlər və iaşə obyektləri dekabr ayının sonuna kimi tam boşaldılmalıdır.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri qarşılıqlı razılıq əsasında "Fəxri" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında həmin MTK-nın istifadəsinə ayrılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin başlanılmasına icazə verilib. Hazırda şirkət tərəfindən ölçü və inventarlaşdırma işləri aparılır, lakin köçürmə və söküntü işlərinə başlanılmayıb. Ərazidə yerləşən tikililər əsasən köhnə tipli fərdi yaşayış evlərindən ibarətdir.

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.