“Sənəti ucuz olanlar geyiminin qiymətini baha deyir”
“Bəsdirin atrıq lazımsız sözlər, efirdə paltar qiymətləri, nə bilim nə…”
Bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “İncə səhər” verilişində deyib.
“Verilişdə sənət göstərin, əgər bu sizdə varsa. Yoxdursa, heç olmasa düşünün sizə baxan kasıb, imkansız ala bilməyənlər var. Vaxtınız olanda sənət öyrənin” – deyə musiqçi iradını bildirib.
H.Məhəmmədoğlu sənəti ucuz olanların efirdə geyim qiymətlərini baha dediklərini də vurğulayıb.
Qeyd edək ki, ATV kanalında yayımlanan “Rəngarəng səhər” verilişində məşhurların efirə çıxdıqları geyim və aksesuarların qiyməti soruşulur. \OLAY
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.