Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib.
Cia.az xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.
Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.