“Bağımı və evimi satdım. Nə edə bilərdim?!” – Müğənni
Müğənni Aynur Dadaşova pandemiya dövründə mülklərini satmaq məcburiyyətində qaldığını bildirib.
O, "Rəngarəng səhər" verilişində bu barədə danışıb:
"İnsan tək olanda hər şey çətin olur. Özü də xanım olanda daha çətin olur. Yenə kişi başqa işlərdə gedib çalışa bilir. Pandemiya dövrü mənim üçün çox çətin oldu.
O zaman heç kimdən kömək istəmədim. 35 ildir sənətdəyəm, heç kimdən də yardım istəməmişəm. Bunlara görə bağımı və evimi satdım. Bacım xəstə idi... Həkimlər söylədilər ki, onun qısa ömrü qalıb. Nə edə bilərdim?!"//Ölkə.az
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.