“Sədərək” bazarı bağlanır? – Onlayn və təlim detalı - AÇIQLAMA
"Sədərək" Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən nəzdində fəaliyyət göstərə bilər.
Cia.az xəbər verir ki, bu barədə olke.az-a etibarlı mənbələrdən məlumat verilib.
Ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumlarının “Sədərək”də keçirdiyi yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalı gücləndirib.
Bundan əlavə, azərbaycanlı alıcıların "Trendyol" vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.
Yayılmış iddialarla bağlı Ölkə.Az-a danışan "Sədərək" TM-in sözçüsü Kəmaləddin Qədim məlumatların həqiqətə uyğun olmadığını deyib: "FHN-in burada xüsusi bölməsi də fəaliyyət göstərir. Sadəcə olaraq təlim keçirilib. Bu da həmişə olan bir məsələdir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var. Bu boyda yeri kim bağlayacaq?! Yayılmış məlumatların heç bir məntiqi və əsası yoxdur.
"Sədərəy"in bağlanacağı ilə bağlı əvvəllər də dəfələrlə məlumatlar yayılıb. Heç bir əsası olmayan məlumatlardır". Ticarət mərkəzinin sözçüsü vətəndaşların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə də münasibət bildirib:
"Belə bir məsələ yoxdur. O kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. "Sədərək" TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. "Tredyol"dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, "Sədərəy"ə güclü təsir göstərmək imkanında deyil".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.