Müğənni Ayan Babakişiyeva pərəstişkarları ilə görüşəcək. Bu haqda ifaçı Axşam.az-a açıqlamasında deyib: “Məni sevən insanlar çoxdur. Onlara pərəstişkar demirəm. İndiyənə kimi heç vaxt sevənlərimlə görüşüm olmayıb. Amma yaxın günlərdə belə bir görüş planlaşdırıram. İlk dəfə olacaq. Bu günə kimi çox sevənimdən hədiyyələr almışam. Verilişlərə çıxanda nə qədər xoş sözlər yazırlar. Düzdür, mənim də fanatla bağlı problemim olub. Manyak pərəstişkarım var idi. Elə dəhşətli hadisə yaşamışdım ki... Onu xatırlamaq istəmirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.