banner
banner

Şou

Rüfət Axundovu hansı cəza gözləyir?

Rüfət Axundovu hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi müğənni Rüfət Axundov yol hərəkət qaydalarını kobud şəkildə pozub. Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan müğənni 90 sürət həddini 127 kilometr/saat sürətlə aşıb.

Bəs, Rüfət Axundovu bu qayda pozuntusuna görə hansı cəza gözləyir?

Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ifaçının bu qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub:

"Güman edirəm ki, onun hərəkətinə həmin Məcəllənin 228-ci maddəsinə əsasən baxılacaq. Yəni yolda müəyyən edilmiş hərəkət həddini aşmağa görə. Həmin Məcəllənin 328-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, sürət həddini 20-dən 40 kilometr/saat aşmaya görə xüsusi məsuliyyət müəyyən edilib. 328.2 maddəsinə görə sürət həddini 37 kilometr/saat aşmaya görə 50 manat cərimə nəzərdə tutulub. Yəqin ki, ona bal da yazılacaq. Neçə bal yazılacağını isə DYP müəyyən edəcək".

Əsabəli Mustafayev onu da qeyd edib ki, sürət həddini bu qədər aşmaya görə cəza təbii ki, azdır:

"Xarici ölkələrdə bu məsələlərə həddindən artıq ciddi yanaşılır. Cərimənin həcmi kifayət qədər yüksək olur. Bəlkə də bir neçə min dollar cərimə ödənilir. Hətta inzibati həbs də ola bilər. Bizdə isə cərimənin miqdarı 50 manatdır. Belə lüks avtomobil sürən üçün də 50 manat heç nədir. Ona görə də bizdə belə hadisələr adi hala çevrilib.

Aparılan təhlillər də göstərir ki, qəzaların çoxu sürət həddini aşmaya görə baş verir. Ona görə də sürət həddini aşmaya görə cəzalar daha da sərtləşdirilməlidir. Maraqlıdır ki, belə hərəkətlərə daha çox şou əhli yol verir. Bu cür qayda pozuntularını özlərinin reklamı kimi istifadə edirlər".

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.