31 dekabr 2023-cü ildən 1 yanvar 2024-cü ilə keçən gecə qaz sayğacları sıfırlanıb.
Cia.az xəbər verir ki, smart kart tipli sayğaclar 31 dekabrdan 1 yanvara keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq yenilənib.
Bu gündən həmin abonentlər üçün ödəniş 1200 kubmetrlik istifadə limitinə əsasən 12 qəpikdən həyata keçiriləcək.
Mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvaradək reallaşacaq.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinə dair qərar qəbul edib. Qərara əsasən, əhalinin illik qaz istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik edilib. Əhali üçün illik qaz istehlakının 1200-2500 kubmetrədək olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox istifadə üçün isə 25 qəpik müəyyənləşdirilib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.