banner
banner

Sosİal

Masallıda zəncirvari QƏZA - 3 maşın toqquşdu, yaralananlar var

Masallıda zəncirvari QƏZA -

Masallı rayonunda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Boradigah qəsəbəsində qeyda alınan hadisədə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hyundai", 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Nəticə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - "Hyundai" və "Mercedes"in sürücüləri, eləcə də sərnişinlər - Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nirulayev və Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır/Report



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.