Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə müraciət edib.
Cia.az xəbər verir ki, müraciətdə deyilir:
“Nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində DİN, o cümlədən DYP xidməti tərəfindən ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirilib, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb.
Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş verməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.