banner
banner

Sosİal

Gələn aydan sürücülər əlavə 30 manat ödəyəcəklər? - RƏSMİ CAVAB

Gələn aydan sürücülər əlavə 30 manat ödəyəcəklər? - RƏSMİ CAVAB

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.

Bəzi ekspertlər hesab edir ki, fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı ilə bağlı avtomobilinin istehsal ili 10 ildən 20 ilə qədər olanlar 10 AZN, 20 ildən 30 ilə qədər olanlar 20 AZN, 30 ildən yuxarı olan sürücülər isə 30 AZN ödəyə bilərlər.

Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Baku.ws-ə bildirib ki, məbləğlə bağlı son sözü Nazirlər Kabineti deyəcək:

"İlk növbədə qanunvericilik aktlarında, o cümlədən “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.

Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə, ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək.

Utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək".

Qeyd edək ki utilizasiya haqqını yalnız minik avtomobillərinin sahibləri ödəyəcəklər. Yük maşınları, avtobus və digər qeyri-minik avtomobillərinə görə utilizasiya haqqının ödənilməsi nəzərdə tutulmur.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.