Hava ilə bağlı XƏBƏRDARLIQ - Yanvarın 13-ü səhərdən...
Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, 13-14-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-də aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15 ° şaxta, gündüz 2-7° şaxta olacaq.
Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.