banner
banner

Hərbİ

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək...

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək...

Prezident seçkilərinin bitməsindən sonra Ermənistanla sülh danışıqları yenidən aktuallaşdı. Bakı-İrəvan xəttindəki danışıqları istiqamətlər üzrə bir neçə komponentə bölmək olar. Onlardan biri də sərhədin delimitasiyası çərçivəsində işğal altında qalan 8 kəndin azad edilməsidir. Ermənistanda bununla bağlı iki kontekstdə müzakirələr gedir: hakimiyyətə yaxın dairələr 8 kəndin o qədər də əhəmiyyətli olmadığını və sülh naminə problemin həll edilməli olduğunu vurğulayır; müxalifət isə bu kəndlərin qaytarılacağı halda, strateji baxımdan böyük itkilərlə üzləşəcəklərini iddia edir.

Cia.az  Publika.az-a istinadən xəbər verir ki, iranşünas ekspert Vardan Voskanyan 8 kənd qaytarılacağı halda Bakının böyük strateji üstünlük əldə edəcəyi fikrini ortaya atıb.

“Tavuş istiqamətində kəndlər (Qazaxın 7 kəndi) qaytarılarsa, bu, Ermənistan və Gürcüstan arasında strateji yolların Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcək. Tiqranaşen (Kərki kəndi) qaytarılarsa, Ermənistanın İrana gedən marşrutları Azərbaycan ordusunun nəzarətinə keçəcək. Bu isə təkcə İranla əlaqənin yox, həm də Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin də Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Buna görə də həmin ərazilər təkcə kəndlərdən ibarət deyil, bütövlükdə regional nəqliyyat müstəvisində əhəmiyyətli açarlardandır”, - erməni ekspert iddia edib.

Qeyd edək ki, Azərbaycan işğal altında qalan 8 kəndlə bağlı mövqeyini elan edib: anklav olmayan 4 kənd ilkin mərhələdə qaytarılır, anklav olan 4 kənd sonrakı mərhələdə müzakirə edilir. Bu məsələ sərhədin delimitasiyası üzrə komissiyaların gündəliyinə daxildir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.