Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin uzaqmənzilli ballistik raketi uğurla sınaqdan keçirdiyi bildirilir. Bu məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Səlami verib. "Fars" agentliyinin məlumatına görə, Səlami deyib: "İİKK-nin Hərbi Dəzin Qüvvələri bir neçə yeni nailiyyətə imza atıblar. Onlardan biri İranın Hərbi Kosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaq mənzilli ballistik raket atışının uğurla nəticələnməsi olub. Bunun sayəsində hərbi-dəniz qüvvələri istənilən nöqtədən uzaqdakı hədəfləri vura bilər". O, çox sayda qanadlı və ballistik raketlər, silahlı dronlar vasitəsilə ölkəyə təhdidləri dəf edə biləcəklərini bəyan edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.