banner
banner

Sağlamlıq

Hemoseksuallığın müalicəsi var?

Hemoseksuallığın müalicəsi var?

Çində seksual azlıqların hüquqları uğrunda mübarizə aparan təşkilatlar homoseksualizmi müalicə edən klinikalara etiraz etməyə hazırlaşır.

Onlar sabah homoseksuallara terapevt müalicə təklif edən klinikaya ittiham irəli sürəcəklər.

Avropa və Amerikada homoseksualizmin müalicəsinə qarşı uzunmüddətli kampaniya ona gətirib çıxardı ki, artıq tibb işçiləri arasında belə müalicənin zərəri haqda qəti fikir formalaşıb. İndi aktivistlər buna nail olmağa çalışırlar ki, Çin həkimləri də müalicənin  zərər olduğunu qəbul eləsinlər.

Çində homoseksualizm 10 ildən çoxdur ki, psixi pozğunluq sayılmasa da, onu müalicə edən klinikalar hələ də var.

Belə klinikalardan birinin həkimi Çjou Çjenyunun sözlərinə görə, homoseksualizmin əsas səbəbkarı valideynlərin uşaqlarını düzgün tərbiyə etməməsidir.

O, uşaqlarının qeyri-ənənəvi oriyentasiyasına görə, narahat olan valideynlər üçün xüsusi kitab yazıb.

Onun sözlərinə görə pasiyentlərin 70 faizi sağalır, amma bu, uzun və ağır prosesdir.

Aktivistlər deyir ki, bir seans üçün 120 dollar orta statistik çinli üçün bahadır. Prosesin uzanmasına həkimlər maraqlıdır.

Homoseksualizmi müalicə metodlarından biri elektroşokdur: "Əgər pasiyent homoseksualizmə meyllidirsə, biz elektroşokdan istifadə, ya da inyeksiya edirik. Bu da onların ürəyini bulandırır”.

Çinin gey cəmiyyətləri buna etiraz olaraq Pekində keçirilən tibbi konfransda "Gey olmaq xəstəlik deyil!” şüarını səsləndiriblər.

Elektroşok keçirən Syai Çjen adlı homoseksual  həkimləri məhkəməyə verib. O, şüurlu şəkildə müalicə kursu keçib ki, bu terapiyanın faydasızlığını  göstərsin. O, məhkəmənin onun xeyrinə qərar verəcəyinə və geylərin müalicəsinə qadağa qoyulmasına ümid edir.

Şanxayda hər il gey-parad keçirilir. Bu parad çərçivəsində gey filmləri göstərilir, forumlar olur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.