banner
banner

Sosİal

Bakının bu ərazisində qəzalı binalar sökülür

Bakının bu ərazisində qəzalı binalar sökülür

Nazirlər Kabineti tərəfindən təsdiq edilən Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir.

2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması, əsasən də 70-ci illərə qədər tikilən "xruşşovkalar” və "Minsk” layihələri əsasında tikilmiş binaların sökülməsi nəzərdə tutulub. Xətai rayonu ərazisində yerləşən NZS adlandırılan ərazidə köhnə binaların söküləcəyi deyilir. Məlumata görə, rayon ərazisində 100-dən artıq qəzalı bina var, onların bir çoxu NZS-də yerləşir.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov modern.az-a açıqlamasında bildirib ki, qəsəbədə kəskin qəzalı binaların sökülməsinə başlanılıb.

"Müxtəlif qəzalı binalar var. Artıq kəskin qəzalı binalar sökülür. Marat Əmirxanov 14, İlqar Xəlilov 46 saylı binalardakı mənzillərdə ölçü işləri artıq aparılıb. Maliyyə Nazirliyi də vəsaitin ayrılmasını təmin edəcək”,- o deyib.

Qeyd edək ki, NZS qəbəsində aparılacaq söküntü işləri "Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.