banner
banner

Gündəm

Gömrük Komitəsində qalmaqal: “Siz öz ananızı, bacınızı belə təbrik edirsiniz?”

Gömrük Komitəsində qalmaqal:

Dövlət Gömrük Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarını təbrik edib. Qurumun təbriki publik formada olub və ciddi ictimai müzakirələrə zəmin yaradıb. 

Cia.az bildirir ki, təkcə sadə vətəndaşlar deyil, çox sayda mütəxəssis də Komitənin seçdiyi təbrik formasını məqbul saymayıb. Sözügedən videoya münasibət bildirən bir çox həkim və psixoloq bu “təbrik”in xanım əməkdaşlara stress yaşatdığını bildiriblər. İddia ediblər ki, zərif cinsin nümayəndələrinə qarşı bu münasibət onlara ciddi stress yaşatdığı üçün gələcəkdə müxtəlif xəstəliklərə tutulmalarına səbəb ola bilər. 

Qeyd edək ki, bu məsələ ötən gündən bəri sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. Şəbəkə istifadəçiləri dövlət qurumunda qadınlara belə ciddi stress yaşatmağın yolverilməz olduğunu bildirirlər. Bu “zarafat”ın yersiz olduğunu vurğulayan vətəndaşlar məsuliyyətin birbaşa DGK rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıblar. 

Bəzi sosial şəbəkə istifadəçiləri isə DGK rəhbərliyinə bu məzmunda suallar ünvanlayıblar: “Siz öz ananızı, bacınızı bu cür təbrik edərdiniz?” 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib İdris Abbasov

Tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb

Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər. Hurriyyet.az xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar. Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb. yeniavaz.com

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.