banner
banner

Sosİal

Bakıda bu ünvanda evlər söküləcək - Sakinlərə 500 AZN kirayə pulu və mənzillər veriləcək

Bakıda bu ünvanda evlər söküləcək -
Bakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq.

Söhbət paytaxtın Nəsimi rayonunda yerləşən "Kubinka" adlanan ərazidən gedir. Bu ərazidə söküntü işləri aparılması barədə məlumat vermişdik. İndi isə "Kubinka"nın yeni məhəlləsində söküntü işləri aparılacaq.

Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. Söküləcək fərdi evlərin yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. "Kubinka"da bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.//BAKU.WS

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.