“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov İngiltərə Premyer Liqasında çıxış etmək fürsətinin olduğunu etiraf edib.
“İngiltərədə oynamaq istərdimmi? Çox. Bir dost dedi ki, “Nyukasl”a keçmək, orada üçüncü və ya dördüncü qapıçı olmaq imkanı var. Dedi ki, onların iki təcrübəli qapıçısı var, amma üçüncü qapıçı yoxdur. Mən imtina etdim”, - deyə Lunyov Sergey Tırtışnının “YouTube” kanalında bildirib.
Qeyd edək ki, bu ay 32 yaşlı Lunyov 2018-ci ilin noyabrından bəri ilk dəfə Rusiya milli futbol komandası ilə meydana çıxa bilər. (Oxu.az)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb