Paytaxt küçələrində avtomobullərin parklanması üçün müəyyən olunan tariflər sürücülər arasında ciddi narazılığa səbəb olub.
Bu proses Nazirlər Kabineti tərəfindən həyata keçirilsə də ancaq Azərbaycan Dəmir Yollarının rəhbərliyi vağzal ətrafında istədiyi qiyməti müəyyən edib.
Sosial şəbəkələrdə və mediada yayılan qiymət cədvəlində vağzal ətrafında 3 saat avtomobil parklamağın qiymətinin 10 manat olmasından bəhs edilir və buna görə də hokumətə ağır ittihamlar səsləndirilir.
Bəs görəsən, Azərbaycandan fərqli olaraq nefti, qazı olmayan qonşu Gürcüstanın paytaxtı Tblisidə parklanma qiymətləri neçədir?
Hurriyyet.az xəbər verir ki, gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Tblisidə maşın parklamaq Bakıdan dəfələrlə ucuz başa gəlir.
Məlumat üçün qeyd edək ki, Tblisidə parklanma qiymətləri aşağıdakı kimidir : 1 həftə – 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində); – 2 manat 50 qəpik 6 ay – 25 GEL (ödəniş anından sonrakı 182 təqvim günü ərzində); 15 manat 67 qəpik 1 il – 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər). 31 manat 34 qəpik təşkil edir.
Tblisinin istənilən yerində isə 1 saatlıq parklanma cəmi 1 lari (62 qəpik) təşkil edir.
Bakıdan fərqli olaraq, bu şəhərdə zona fərqi yoxdur.
Hazırda Tblisidə yaşayan jurnalist Xanlar Mehdiyev isə sosial şəbəkə hesabında hava limanındakı parklanmanın qiymət cədvəlini paylaşıb.
Jurnalist yazır:
0-3 saat = 5 lari – 3 manat 14 qəpik
3-6 saat = 7 lari – 4 manat 39 qəpik
6-12 saat =10 lari – 6 manat 28 qəpik
24 saat =15 lari – 9 manat 42 qəpik
Bu arada sərnişin gətirən və götürən istenilən şəxs avtomobillə gəlir , gözləyir və gedir. Bunun üçün ödəniş ödəmir. Dəqiqə məsələsi də yoxdur.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.