banner
banner

Krİmİnal

Adəmin atasına 30 sutka həbs verildi

Adəmin atasına 30 sutka həbs verildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Cia.az xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

qafqazinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İşıqpuluna görə qardaşını öldürdü - TƏFƏRRÜAT

2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

Gömrükçülər 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

Sabiq baş pediatr özünü güllələdi - Rəsmi açıqlama

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.