İyunun 6-da Ukraynanın Dnepropetrovsk şəhərindən Bakıya yeni aviareys açılacaq. Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətləri əsasında açılan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysini "Dniproavia" şirkəti həyata keçirəcək. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev ANS PRESS-ə açıqlamaında yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacağını qeyd edib.
Uçuşlar iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07.30-da Dnepropetrovsk şəhərindən, saat 14.10-da isə Bakıdan həyata keçirəcək.
Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən uçuşların sayını həftədə 2 dəfəyə qaldırmağı nəzərdə tutur. Dnepropetrovsk-Bakı aviareysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və aviabilet satışı ilə məşğul olan agentliklərə müraciət edə bilərlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.