Evlənməyə hazırlaşan müğənni Talıb Tale ilk dəfə şəxsi həyatından danışıb.
Talıb Tale Teleqraf.com-a açıqlamasında ilk dəfə nişanlısı haqqında məlumat verib: “Toy mərasimi mayın 25-də məkanların birində baş tutacaq. Məclisə çox az sənət adamları dəvət edilib. Əsas qohumlarımız iştirak edəcəklər. Nişanlım Bahar xanım uzaq qohumdur. Bu haqda çox danışmaq və gündəmə gəlmək istəmirəm. Hər şey yaxşıdır. Xoşbəxtəm!”.
İfaçı onu da deyib ki, şəxsi həyatını mediadan uzaq tutur: “Əslində, mən çoxdan nişanlıyam, bunu sirr saxlayırdıq. Amma konsertə Bahar xanımla birlikdə gedəndə media tərəfindən şəkillərimiz yayıldı. Onu da deyim ki, şəxsi həyatımı gizli saxlamıram. Evlənirəm və nişanlımı da gördünüz”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.