banner
banner

Sağlamlıq

Kar olmaq istəmirsinizsə... - DİQQƏT

Kar olmaq istəmirsinizsə... -

Karlıq ciddi xəstəlikdir, müalicəsi isə asanlıqla tapılmır. Qulağın karlığı insanları bədbəxt edir. Axı eşidilən səslə dünya haqqında çox şey öyrənmək olar. İnsanın diqqətsizliyi və sağlamlığa laqeyd yanaşması ilə yaşanan karlıq isə daha acınacaqlıdır.

Eşitmə soyuqdəymə, rinitlə əlaqədar olaraq zəifləyə bilər. Belə halda isə müvəqqəti karlığı müalicə etmək və qulaqdakı soyuqdəyməni aradan qaldırmaq üçün xüsusi  vəsaitlər istifadə etmək lazımdır. Hətta şəxsi gigiyenaya əməl etməyəndə qulağın içində kir tıxacının yaranması da eşitmə itkisinə səbəb olur. Digər bir səbəb isə qocalıqdır. Həyatımızdan ötüb keçən illər eşitmə bacarığını da özü ilə aparır. Əgər qocalıq çağına kimi yaşamaq və indiki kimi yaxşı eşitmək istəyirsizsə, qulaqlarınıza qulluq etməniz mütləqdir.

Bu sahədə isə xalq təbabəti sizə çox yaxşı kömək edə bilər. Aile.lent.az-ın indi təqdim edəcəyi bu üsullar təxminən 40 il əvvəl qulaq karlığı, soyuqdəyməsi, infeksiyaları əleyhinə istifadə edilib.

Bal və darçın

Bal və darçını eyni nisbətdə qarışdırın. Gün ərzində bu qarışımdan 3 xörək qaşığı yemək bəs edir.

Qırmızı şərab və yaşıl çay

Hər ikisi də yüksək keyfiyyətli antioksidan tərkiblidir. Daxili qulaq nahiyəsində tükləri qoruyur. Bu tüklər isə qulağı bakteriyalardan qoruyur. Arada yaşıl çay və qırmızı şərab için.

Sarımsaq

Siciliyada sarımsaq hər cür xəstəlik üçün əla dərman sayılır. Bir neçə sarımsağı əzib zeytun yağı ilə bərabər nisbətdə qarışdırın. Cunadan keçirin. Qarışımı gündə 3-4 damcı iki dəfə qulağa damcıladın. Sonra pambıqla tampon qoyun.

Qırmızı soğan və sarımsaq şirəsi

30 ml soğan və 30 ml sarımsaq şirəsini qarışdırın. Gündə bir neçə dəfə için. Təsirini çox qısa müddətdə göstərəcə. Eşitmə yaxşılaşacaq, qulaqlar artıq iltihablanmayacaq.

Qulağınızda narahatlıq hiss edirsizsə,  qulaq, qulaq dibi, qulaq arxası , qulaq ətini masaj edin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.