Koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı hücumları davam edir. Amerika Birləşmiş Ştatların (ABŞ) başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Deyr əz-Zor əyalətində əl-Ömər neft sahəsi yaxınlığında İŞİD terrorçularına qarşı əməliyyat həyata keçirib. Yarım saatlıq əməliyyat zamanı 40-dan çox terrorçu məhv edilib. Pentaqonun yaydığı məlumatda hücumun əsas hədəfinin İŞİD-in “neft naziri” Əbu Səyyaf olduğu bildirilir. Əməliyyatın əsas məqsədi onu yaxalamaq olsa da, hücum zamanı baş verən silahlı vuruşmada Əbu Səyyaf aldığı xəsarət nəticəsində ölüb. Qeyd edək ki, əsl kimliyi bilinməyən Əbu Səyyafın sadəcə Tunis vətəndaşı olduğu deyilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.