banner
banner

Gündəm

Generalın cəza çəkdiyi yer dəyişməyəcək - Qərar

Generalın cəza çəkdiyi yer dəyişməyəcək - Qərar

10 il 6 ay azadlıqdan məhrum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil.

Cia.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi generalın şikayəti ilə bağlı qərarında belə yazır.

Məhkəmə hesab edir ki, məhkum Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.

Bundan əvvəl Xəzər Rayon Məhkməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı.

Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş E.Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.