Aİ Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Report xəbər verir ki, təbrik diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
"Nümayəndəlik Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli kimliyinin simvoluna hörmətini ifadə edərək bu əlamətdar günün qeyd olunmasında Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib", - məlumatda bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.