Dəmiryol nəqliyyatı haqqında Nizamnamə təsdiqlənib.
Cia.az-in xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Nizamnamə ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edir.
Ümumi istifadədə olan dəmiryol nəqliyyatı xidmətlərinin tarifləri, normativ hüquqi aktlarla müəyyən edilən məhdudiyyətlər və digər tələblər barədə məlumatlar ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi (bundan sonra - infrastruktur sahibi) və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatında, qeyriümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin və ya daşıma prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsini təmin edən dəmir yollarının, dəmiryol stansiyalarının, elektrik təchizatı tikili və qurğularının, rabitə şəbəkələrinin, siqnalizasiya, mərkəzləşmə və bloklama sistemlərinin, informasiya komplekslərinin, hərəkəti idarəetmə sistemlərinin, digər bina, tikili, meydança, qurğu, qoruyucu tikili və avadanlıqlarların (bundan sonra - qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatı obyektləri) sahibləri tərəfindən isə onların internet informasiya ehtiyatında və ya elan lövhələrində yerləşdirilir.
Sifarişlər (dövlət sirri təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla) infrastruktur sahibi və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatı üzərindən qəbul edilir.
Nizamnamədə istifadə olunan anlayışlar “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.