Ukrayananın Donetsk bölgəsində atəşkəsin pozulması nəticəsində bir jurnalist yaralanıb. Jurnalistin yaralanma anı özü tərəfindən anbaan kameranın yaddaşına həkk edilib. Qızğın mübarizə zamanı rusiyayönlü separatçılar tərəfində olan jurnalist səriştəsizliyinin əziyyətini çəkib. Belə ki, məsafənin uzaq olduğunu sanan jurnalist özünün də dediyi kimi tam açıqlığa çıxıb. Bu zaman qarşı tərəfdən atılan qumbaranın partlaması nəticəsində orta-ağır dərəcədə yarlanıb.
Yaralı jurnalist təcili olaraq hospitala köçürülüb. Hazırda vəziyyəti normaldır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.