Cia.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donal Tramp Cozef Baydenin daha vəzifəsini yerinə yetirmək iqtidarında olmadığını bildirib. Bəlli olduğu kimi, Cozef Bayden 21 iyul tarixli açıqlamasında növbəti prezident seçkilərində namizədliyini geri götürdüyünü, bunula yanaşı, səlahiyət müddəti bitənə qədər prezident vəzifəsində qalacağını bəyan edib. Tramp bununla əlaqədar "Truth Social" səhifəsində yazıb: "Bəs indi bizim ölkəmizi kim idarə edir? Bu, dələduz Co deyil - onun özünün harada olduğundan xəbəri də yoxdur. Əgər o, namizəd ola bilmirsə, deməli ölkəni də idarə edə bilməz".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.