Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu səfərə çıxan sürücülərə və hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cia.az xəbər verir ki, bu barədə BDYP məlumat yayıb.
Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
"BDYP həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir", - deyə məlumatda vurğulanıb./musavat.com/
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.