Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edəcək? – SON DƏQİQƏ AÇIQLAMASI
Xəbər verildiyi kimi, Demokrat.az saytı sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən təyinat 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra gözlənilir.
Elmar Məmmədyarov Musavat.com-a açıqlamasında xəbəri təkzib edib:
“Polad Bülbüloğunu artıq seçmisiz? (Gülür). Demokrat.az saytının nəyə əsaslanaraq bu barədə yazdığı haqda məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib? Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun Demokrat.az-a, soruşun, mənbəni haradan götürüblər... Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsizsə, sizin əlinizdə olsaydı, mən deyərdim, hə (Gülür). Amma bilirsiniz sistem necə işləyir. Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün məsələ yetişməlidir, ortaya çıxmalıdır”.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.