Türkiyədə "İşte benim stilim" verilişinin azərbaycanlı iştirakçısı Sima Şərəffətdinovanın İnstaqramda yerləşdirdiyi foto səs-küy doğurub. İştirakçılardan biri Ezgi fotonun Simaya yox, başqa modelə aid olduğunu ortaya çıxarıb. Ezginin sözlərini qəbul etməyən Sima şəklin özünə aid olduğunu iddia edib. Yarışmanın yaradıcı heyəti araşdırma apararaq, Simanın özününkü kimi təqdim etdiyi şəklin 2009-cu ildə İspaniyada gözəl seçilən xanıma aid olduğunu ortaya çıxarıb. Münsif Nur Yerlitaş "Bu şəkildəki qız sən deyilsən. O, xanımın 170 boyu var" deyə, bildirib. S.Şərəffətdinova özünü müdafiə etməyə çalışıb: "Mən də gözəllik müsabiqəsində qırmızı çimərlik geyimində podiuma çıxmışdım. Elə bildim bu da öz fotomdur".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.